Fransanın səfiri Zaxari Qross XİN-ə çağırılır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Milli Assambleyası tərəfindən qəbul edilən qətnaməyə münasibət bildirib.

SOSİUM.az xəbər verir ki, XİN-in Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsi Fransa Parlamentinin növbəti tamamilə əsassız, qeyri-dost və təxribatçı fəaliyyətidir.

Bildirilib ki, Senatın ardınca Aşağı Palatanın qərəzli qətnamə qəbul etməsi Azərbaycana qarşı aparılan davamlı kampaniyadan xəbər verir.

Oxşar xəbərlər