Milli Məclisin sədri paylaşım etdi

Milli Məclisin sədri Sahibə Qafarova Vətən müharibəsində şəhid olanlarla bağlı “Facebook” hesabında paylaşım edib.

SOSİUM.az xəbər verir ki, paylaşımda deyilir:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün qazilərimizə şəfa versin. Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik”.

Qeyd edək ki, Prezident İlham Əliyevin dekabrın 3-də imzaladığı sərəncama əsasən, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib.

Oxşar xəbərlər