“Ərkivan” Xeyriyyə Cəmiyyəti şəhid ailələrində – FOTO

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə “Ərkivan Xeyriyyə Cəmiyyəti” tərəfindən “Biz bir ailəyik” devizi altında şəhid ailələri ziyarət edilib.

SOSİUM.az xəbər verir ki, Masallı rayonu Ərkivan qəsəbəsi Qarabağ Müharibəsində 20 şəhid vermişdir ki, onların da 3-ü bu il şəhidlik məqamına yüksəlmişdir.

Mayor Anar Novruzov Tovuz döyüşlərində, baş leytenant Sahib Şirəliyev və əsgər Famil Əlizadə isə Vətən Müharibəsində şəhid olublar.

“Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin köməyi, Ərkivan qəsəbə sakinləri – Qismət Mirzəyev, Rəşad Mirzəyev, Elşən Həsənov və Vüsal Məmmədovun dəstəyi ilə bu gün həmin şəhid ailələri ziyarət edilib.

Asiya.az-a açıqlama verən “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin sədri Cəfər Cəfərov bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində şəhid ailələri ilə baş tutan görüşlər “Biz bir ailəyik” devizi altında keçirilib.

Cəmiyyət sədri daha sonra bildirib ki, “2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi yazıldı. Bu zəfəri bizə bəxş edənlər isə ilk növbədə şəhidlərimizdir. Ərkivan qəsəbəsi bu il 3 şəhid vermişdir. Biz həmin şəhid ailələrini və Viləş kəndindən olan şəhid əsgər Balaqardaş Vəliyevin ailəsini ziyarət etdik. Məlumat üçün bildirim ki, şəhid Balaqardaş Vəliyevin anası Səməngül Baba qızı Cabbarova Ərkivan qəsəbəsinin Ramazanlı məhəlləsindəndir. O, tanınmış alim Rasim Cabbarov və rayonun hörmətli müəllimlərindən olan Rasif Cabbarovun bacısıdır.“

Şəhid ailələrini ziyarət edən “Ərkivan Xeyriyyə Cəmiyəti”-nin sədri Cəfər Cəfərov, “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri Raci Səfərov və iş adamı Hacı Elşən Həsənov şəhid ailələrinin qayğıları, sosial durumları ilə maraqlanıblar. Şəhid ailələrinə bildirilib ki, biz sizinlə bir ailəyik. Xoş günlərinizdə, pis günlərinizdə hər zaman sizin yanınızda olacağıq.
“Ərkivan Xeyriyyə Cəmiyyəti” şəhid ailələrini ziyarət etdi - FOTOLAR
“Ərkivan Xeyriyyə Cəmiyyəti” şəhid ailələrini ziyarət etdi - FOTOLAR
“Ərkivan Xeyriyyə Cəmiyyəti” şəhid ailələrini ziyarət etdi - FOTOLAR
“Ərkivan Xeyriyyə Cəmiyyəti” şəhid ailələrini ziyarət etdi - FOTOLAR
“Ərkivan Xeyriyyə Cəmiyyəti” şəhid ailələrini ziyarət etdi - FOTOLAR
“Ərkivan Xeyriyyə Cəmiyyəti” şəhid ailələrini ziyarət etdi - FOTOLAR

Oxşar xəbərlər