Avrasiya İqtisadi İttifaqının sədri dəyişdi

Yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqına sədrlik Belarusdan Qazaxıstana keçib.

SOSİUM.az-ın “Sputnik Kazaxstan”a istinadən verdiyi məlumata görə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Astananın əsas prioritetlərinin İttifaq barədə müqavilələri tam reallaşdırmaq, qarşılıqlı faydalı əməkdaşlıq yönundə maneələri dəf etmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək olduğunu bildirib.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı 2015-ci ildə malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin hərəkət azadlığını və koordinasiyalı iqtisadi siyasətin həyata keçirilməsini təmin edən beynəlxalq bir təşkilat kimi təsis edilib.

İttifaqın üzvləri Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistandır.

Oxşar xəbərlər