“Gömrük məsələlərini peşəkar həll edirik”

Bütün dünyada koronavirus pandemiyası və onun gətirdiyi məhdudiyyətlər, işgüzar sahəyə və biznes sektorlarına da təsirini göstərib.

İşgüzar fəallığın nisbətən zəifləməsi və gəlirlərin aşağı düşməsi iş adamlarını maksimum qənaətə, vəsaitlərini səmərəli istifadə etməyə sövq edir. Belə dövrlərdə sahibkarların dəstəyə və etibarlı partnyora ehtiyacı daha da artır.

Azərbaycanda yerli biznesə xidmət göstərən belə partnyorlardan biri də «Mobil Group» şirkətidir.

SOSİUM.az «Mobil Group» şirkətinin Direktoru Vüsal Xəlilovun müsahibəsini təqdim edir.

– Vüsal müəllim, gəlin, əvvəlcə şirkətinizi yaxından tanıyaq, «Mobil Group» hansı fəaliyyətlə məşğuldur və sahibkarlara nə xidmətləri göstərir?

– «Mobil Group» üç törəmə şirkətdən ibarətdir – «Mobil Broker», «Mobil Logistics», «Mobil Express».

«Mobil Broker» kompleks gömrük təmsilçiliyi xidməti göstərir, sahibkarın bütün idxal və ixrac fəaliyyətlərinə yaxından dəstək olur. Günü-gündən böyüyən «Mobil Broker» hazırda 5 filialı ilə vətəndaşların və iş adamlarının xidmətindədir.

«Mobil Logistics» – sürətli beynəlxalq daşımaları həyata keçirən etibarlı logistika şirkətidir. Şirkət dörd nəqliyyat yolu ilə yükdaşıma imkanına malikdir: hava yolu, yerüstü, dəmiryolu və su nəqliyyatı. «Mobil Logistics» dünyanın aparıcı hava yolları daşıyıcıları ilə də sıx əməkdaşlıq edir və FİATA-nın üzvüdür (Ekspeditorların beynəlxalq assosiasiyası olan FIATA – dünyada daşımaçıları təmsil edən təşkilatdır. Bütün dünyada FIATA-ya 105 milli daşımaçılar və ekspeditorlar assosiasiyaları və 5500-dən artıq logistika və ekspeditor şirkətləri üzvdür – FED.az). Sahibkarlar güvənlə yüklərinin daşınmasını bizə etibar edə bilərlər.

«Mobil Express» – hava yolu ilə sürətli poçt daşımaları şirkətidir, Çin və Türkiyədən bağlamaların qısa müddətdə Azərbaycana daşınması üzrə fəaliyyət göstərir. Bu xidmətə dair əsas üstünlüklərimizdən biri, bu ölkələrdə öz anbarlarımızın olmasıdır. Hazırda «Nizami» və «Həzi Aslanov» metro stansiyaları yaxınlığında filiallarımız mövcuddur. Gələcəkdə isə Bakı şəhəri üzrə fialiallarımızın sayını artırmaqla regionlarda da yeni filialların açılmasını planlaşdırırıq. Şirkətimiz müştəri məmnuniyyəti üçün onların istəklərini maksimum nəzərə alır.

– Vüsal müəllim, Azərbaycanda sahibkarlara gömrük xidməti göstərən brokerlərin sayı durmadan artır. «Mobil Group»un digər brokerlərlə müqayisədə hansı üstünlükləri var?

– Hesab edirik ki, bizim əsas üstünlüyümüz kompleks xidmət göstərməyimizdir. Necə deyərlər, A-dan Z-yə qədər müştərinin gömrükləmə proseduruna aid bütün işlərini icra edirik. Xərclər haqqında əvvəlcədən məlumat vermək və ödənişsiz konsultasiya etməyimiz də bizi fərqləndirən cəhətimizdir.

Bundan başqa, onlayn müraciət imkanı, eyni zamanda broker və logistika xidməti də göstərməyimiz müştərilərimizin bizi seçmələrinə səbəb olur. Belə ki, müştəri bizə onlayn müraciət etdikdə idxal və yaxud ixrac olunan məhsul haqqında tam məlumat tərəfimizdən əldə edilir. Daha sonra müştəri gömrük rüsumu və digər xərclər barədə məlumatlandırılır. Sonda bütün rəsmiləşdirmə və təmsilçilk işləri tərəfimizdən həyata keçirilərək müştəriyə məlumat verilir.

«Mobil Group»un daha bir özəl xüsusiyyəti şirkət olaraq maarifləndirici mövqeyimizin olmasıdır. Hədəflərimizdən biri də müştərilər üçün faydalı olan bu növ üstünlüklərimizin artmasıdır.

– Sizin xidmətlərdən istifadə etməklə iş adamları nə qədər vaxta və vəsaitə qənaət edə bilirlər?

– Xidmətimizdən istifadə etməklə iş adamları ciddi zaman və vəsaitlərinə qənaət etmiş olurlar. Təsəvvür edin, olduqları yerdən aralanmadan yalnız onlayn müraciət etmələri ilə yükləri uyğun nəqliyyat vasitəsi ilə dünyanın istənilən yerinə daşınır, gömrük rəsmiləşdirmə işləri görülür və təhvil verilir.

Şirkət olaraq müştəri lehinə bütün xərclərinə nəzarət edilir. Əks təqdirdə, bütün bu işlər sahibkarlar üçün kifayət qədər zaman və vəsait sərfi deməkdir.

– Vüsal müəllim, sizin şirkətə müraciət edən iş adamlarına ödənişsiz məsləhətlər verirsiniz, yoxsa bunun üçün hökmən sizin şirkətin müştərisi olmaq lazımdır?

– Bəli, iş adamlarına ödənişsiz məsləhət veririk və konsultasiya edirik – bu, bizim şirkətin əsas iş istiqamətlərindəndir. «Mobil Group» olaraq biz sahibkarın dostuyuq.

Məqsədimiz sahibkarların gömrük rəsmiləşdirilməsi və beynəlxalq yük daşıma işlərində maariflənməsi ilə fəaliyyətlərinə dəstək olmaq və bununla ölkədə biznesin inkişafına töhvə verməkdir. Ümumilikdə, həm broker, həm də Logistika xidmətimiz üzrə şirkət olaraq maarifləndirici mövqe tutmuşuq. Bu mövqe Şirkətə aid bütün kommunikasiya vasitələrində əks olunur. Belə ki maarifləndirici paylaşımlar, videolar, müsahibələr, seminarlar buna nümunədir.

Bununla da biz sahibkarın gömrük işlərində və beynəlxalq yük daşımada dostu olduğumuzu bir daha subut etmiş oluruq.

– Brokerliklə yanaşı, logistika xidməti də göstərirsiniz, bu sahədə imkanlarınız, yəni fəaliyyətinizin coğrafiyası necədir?

– Bəli, öncə qeyd etdiyimiz kimi bizim Logistika fəaliyyətimiz də var. «Mobil Group» məhsulu olan «Mobil Logistics» sürətli beynəlxalq daşımaları həyata keçirən etibarlı logistika şirkətidir. Şirkətin fəaliyyətində hava nəqliyyatı xüsusi yer tutur.

«Mobil Logistics» dünyanın aparıcı hava yolları daşıyıcıları ilə sıx əməkdaşlıq içindədir. Bununla yanaşı, yerüstü, dəmiryolu və su nəqliyyatında da yük daşımalarını uğurla həyata keçirir. Əsas uğurlarımızdan biri FIATA-nın üzvü olmağımızdır. Dünyanın dörd bir yanından müxtəlif nəqliyyat vasitələri ilə yük daşıma imkanımız var. Bəli, deyə bilərik ki logistika fəaliyyətimizin coğrafiyası olduqca genişdir.

– İki xidməti eyni zamanda göstərməniz müştərilərinizə hansı imkanları yaradır?

– Bəllidir ki, gömrükləmə işlərində daha çox sahibkarlıq fəaliyyəti üçün idxal və ixrac olunan yüklərin rəsmiləşdirilməsi üstünlük təşkil edir. Bu zaman sahibkar üçün həm yükün daşınması, həm də gömrük rəsmiləşdirilməsi zərurəti yaranır. Adətən belə hallarda şirkətlər eyni zamanda Gömrük Brokeri və Logistika xidmətlərindən yararlanırlar. Əlbəttə, bir sahibkarın hər iki xidməti bir şirkətdən alması zaman sərfiyyatı və rahatlıq baxımından daha əlverişlidir. Biz də bu zərurətə görə və iş adamlarına kompleks xidmət göstərməyimiz üçün sahibkara eyni zamanda Broker və Logistika xidmətimizi təqdim edirik. Nəticədə sahibkar zamanına qənaət edir və həmin vaxtı biznesinin inkişafına sərf edir.

– Vüsal müəllim, hazırda pandemiya səbəbindən şirkətlərin əksəriyyətində əməkdaşlar evdən çalışır, təmaslar minimuma endirilib. Bu vəziyyətdə müştərilərə necə xidmət göstərirsiniz?

– Bəli, mövcud pandemiya ilə əlaqədar olaraq biz də, ofislərimizdə birbaşa çalışan əməkdaşların sayını minimuma çatdırmışıq. Hətta bəzi bölmələrimiz bütün heyətlə onlayn rejimdə evdən çalışırlar. Müştərilərimiz və əməkdaşlarımızın sağlamlığı bizim üçün çox vacibdir.

Ən əsası isə onu qeyd etməliyik ki Fiziki şəxslərin və Şirkətlərin bizim xidmətlərimizdən yararlanmaları üçün birbaşa filillarımıza gəlmələrinə ehtiyyac yoxdur. Onlar bizə onlayn olaraq müraciət edə bilərlər. Daimi müştərilərimizlə bu ənənə artıq formalaşıb.

Bu prosedur qaydası həm pandemiya dövrü üçün qeyd etdiyiniz kimi, təması minimuma endirməkdə, həm də müştərilərin zaman və enerji itirməməsi mövzusunda keçərlidir.

– «Mobil Group»un gələcək üçün hansı planları var, əlavə yeni xidmətlər təklif etməyi düşünürsünüzmü?

– Bizim gələcək planlarımız «Mobil Group»-un fundamental dəyərləri və biznes fəlsəfəsinə əsaslanır. Belə ki, sahibkarların və iş adamlarının dostu olaraq onların maarifləndirilməsi mövzusunda fəaliyyətimizi daha da gücləndirəcəyik.

Firmamızın saytında gömrük prosedurları ilə əlaqəli sıx soruşulan suallar və onların cavabları bölümü formalaşmaqdadır, bu ən qısa zamanda olacaq.

Buna əlavə olaraq sahibkarlar onları maraqlandıran suallarla bağlı saytımız və Sosial Media hesablarımız vasitəsi ilə gün ərzində müraciət edə bilərlər.

Qeyd etmək istəyirəm ki, bünövrəsini Ulu Öndər Heydər Əliyevin qoyduğu və bu gün Cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən güclü iqtisadiyyatın formalaşmasında gömrük xidmətinin müstəsna rolu vardır. «Mobil Group» olaraq Azərbaycanda sahibkarlara gömrük rəsmləşdirməsi, logistika sahələri üzrə effektiv xidmət göstərməklə bu iqtisadi gücə güc qatmağı özümüzə borc bilirik.

Oxşar xəbərlər