“Rusiya olmasaydı, ermənilər məhv olacaqdı”

Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində Gürcüstanda siyasətçilərin seçicilərini itirməsi üçün onların Rusiyaya meyilli olmaqda ittiham edilməsinin yetərli olduğunu bəyan edib: “Gürcüstanda Rusiyaya qarşı kin var. Kütləvi şüurda, xüsusən də gənclər arasında Rusiyanın imici son dərəcə mənfidir”.

SOSİUM.az qaynarinfo.az-a istinadən xəbər verir ki, politoloq Xaqani Cəfərli Nino Burcanadzenin Rusiya ilə bağlı səsləndirdiyi fikirlərində haqlı olduğunu deyib.

Politoloqun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Rusiyaya qarşı oxşar münasibət Azərbaycan və Ermənistanda da formalaşıb:

“Azərbaycanda hər kəs anlayır ki, məhz Rusiyanın müdaxiləsi Ermənistanı tamamilə darmadağın olmaqdan xilas edib. Dağlıq Qarabağın böyük bir hissəsində separatçı rejimin mövcudluğu, Azərbaycan torpaqlarında Ermənistan ordusunun birliklərinin və muzdluların mövcudluğunun yeganə səbəbi də Rusiyanın erməniləri müdafiə etməsidir. Buna görə də hazırda Azərbaycan cəmiyyətində Rusiyaya kin Gürcüstanda olduğu kimi haqlı olaraq çox yüksəkdir.

Ermənistan məhz Rusiyanın müdaxiləsi nəticəsində Azərbaycan qarşısında darmadağın olmaqdan xilas olsa da, ermənilərin də böyük hissəsi Rusiyaya kin bəsləyir. Ermənilərin Rusiyaya kini isə rusların Ermənistanda tərəfindən Azərbaycana qarşı döyüşməməsi ilə bağlıdır. Ermənstanda belə rəy hakimdir ki, Rusiya onları satıb.

Rusiya Cənubi Qafqazın hər üç respublikasının ərazsində hərbi qüvvə yerləşdirməyə nail olsa da, bu respublikaların xalqlarının rəğbətini deyil, nifrətini qazanıb. Çünki hər kəs Rusiyanın işağlçı olduğunun fərqindədir. Nifrət bəslənən bir bölgədə heç bir dövlət uzun müddət ordu saxlaya bilməz. İlk əlverişli imkanda onu bu bölgədən qovacaqlar.

Başqa tərəfdən isə Rusiyaya kin bəsləyən ölkələrin sırasında Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan da var. Belarusda da anti-Rusiya əhval-ruhiyəsi yaranmaqdadır”.

Oxşar xəbərlər