Bakıda məşhur restoran yanır – VİDEO

Bakının Nərimanov rayonu, Keşlə bazarının yaxınlığında “50 qəpik” restoranında yanğın hadisəsi baş verib.
SOSİUM.az xəbər verir ki, bu barədə REAL TV məlumat yayıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın davam edir.

“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir”.

Oxşar xəbərlər