Deputat: Suqovuşanda sənaye parkı yaradılacaq

İşğaldan azad olunan Suqovuşan kqəsəbəsində sənaye parkının yaradılması nəzərdə tutulur.

SOSİUM.az xəbər verir ki, bu barədə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bütövlükdə işğaldan azad edilən ərazilərimizin böyük sənaye potensialı var:

“Sənaye potensialının reallaşdırılması üçün xüsusi təşviqedici zonaların yaradılması məqsədəuyğundur. Suqovuşan ətraf rayonlar, eləcə də ölkəmiz üçün böyük əhəmiyyətə malik ərazidir. Burada sənaye parkının yaradılması investisiyanın cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu, xüsusilə də Suqovuşanın imkanlarından sənaye müəssisələrinin istehsalı üçün istifadə imkanları deməkdir. Eyni zamanda, ərazidəki mövcud resurslardan istifadə istehsal prosesini daha səmərəli edə bilər. Bu baxımdan sənaye parkının yaradılması Suqovuşan və ətraf rayonlara sərmanyə cəlbinə imkan verəcək”.

Deputat deyib ki, ümumilikdə sənaye parkları üçün xüsusi zonaların yaradılması Yuxarı Qarabağa daha çox sərmayənin cəlbinə imkan yaradacaq:

“Bu baxımdan fərqli alətlərdən istifadə etməklə işğaldan azad olunmuş ərazilərimizin inkişaf etdirilməsi, xüsusilə sənaye müəssisələrinin istehsalının təşkili mümkündür”.

Oxşar xəbərlər