“Biz qalib xalq olduq və sübut etdik ki…”

SOSİUM.az AŞPA-da Azərbaycan Nümayəndə Heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov teleqraf.com-a müsahibəsini təqdim edir:

– Səməd müəllim, ötən il qazanılan hərbi-siyasi, diplomatik uğurları şərh etsək, daha çox hansı prinsiplər üzərində dayanmalıyıq?

– Ötən il, elə bir oldu ki, bütövlükdə Azərbaycan dəyişdi. Bunun təsiri üzümüzə gələn tarixlərdə böyük töhvələr verəcək, mühüm nəticələri olacaq. Faktiki olaraq Azərbaycan yeni mərhələyə yüksək keyfiyyətə malik olan ölkə kimi keçdi. Biz ərazi bütövlüyümü bərpa etmiş, qalib bir xalqıq. Beynəlxalq səviyyədə sözümüzü, nüfuzumuzu təsdiq etmək iqtidarındayıq. Ona görə də, ötən illə bağlı çox geniş tarixi ensklopodik səviyyədə danışmaq olar. Azərbaycan ötən il 30 ildə bir millət, xalq kimi bunların mahiyyətini torpaqlarımızın azad olunmasında özünü biruzə verdi. Bu əsas nəticə idi. Bundan irəli gələn bir çox prinsipləri təhlil etmək olar. Beynəlxalq müstəvidə aparılan danışıqlar və bunların nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyünün sənədlərlə təsdiq edilməsi idi. Ötən gün Paşinyan da bir məqalə yazıb. O Azərbaycanın siyasi diplomatik uğurlarını şərh etməyə çalışıb. Erməni baş nazir Lissabon Sammitindən, BMT Qətnamələrindən, Avropa Şurasının 14-16 saylı qərarlarından da istinadlar verir. Eyni zamanda Avropa Birliyinin qəbul etdiyi sənədlərə də toxunur. Paralel olaraq illər boyu Azərbaycanın apardığı beynəlxalq müstəvidə danışıqların mahiyyətinə də toxunur. Bütün bunlar isə əsas yaratdı ki, 2020-ci ldə Azərbaycan öz torpaqlarını hərbi-siyasi yolla azad etdi. Ona görə də, ötən ilin mahiyyəti olduqca böyükdür. Bunun üçün onlarla kitablar yazılmalıdır. Tarixdə buna çox ciddi bir yanaşma olacaq. Tək Şuşa əməliyyatı haqqında böyük bir araşdırma bəs edər ki, bu tarixi uğurun mahiyyətindən xəbər tutmaq mümkün olsun. Ötən il qazanılan qələbə dünyanı, Azərbaycanı dəyişdirən epoxanın yaranması ilə tarixə düşdü. Bəzi yanaşmalar var ki, onlar da zaman etibarı ilə reallığı görəcəklər.

Sovet İttifaqından sonra Azərbaycanın fəaliyyəti nəticəsində nəinki torpaqlarımız geri qaytarıldı, Rusiya-Türkiyə arasında birbaşa əlaqələr formalaşdı. Artıq iki ölkə arasında dəmir yolu xətti çəkilir. Bu əlaqələrin əsasında Azərbaycan dayanır. Zəngəzur əlimizdən alındıqdan sonra ilk dəfə Naxçıvan Azərbaycana birləşir. Qarabağ məsələsi bitib. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilib. Ermənistanda və Qarabağda qalmış separatçıların sərsəm bəyanatlarının isə heç bir əsası yoxdur. Bu sadəcə qıcıqlandırma yaratmaqdan ibarətdir. Bunlar ancaq emosya yaratmaq üçün atılan addımlardır. Amma çalışmaqda lazımdır ki, ilanın zəhəri geniş metostaz verməsin. Ona görə də, müxəlif yanaşmalar olsa da, bunlar köhnəlmiş təffəkürün məhsuludur. Artıq qatar gedib.

– Münaqişədən sonra qondarma rejimin tanınma məsələsi gündəmə gətirilib. Bunu qırılma nöqtəsi kimi dəyərləndirmək olar?

– Bu cür cəhdlər gözlənilən idi. Ancaq onların heç bir hüquqi əsası yoxdur. Erməni diasporası hələ də var. İlanın bir başı da Los-Angelesə, Parisə gedib çıxır. Bunu çox gözəl bilirik. Zəhərdə həmişə oralardan gəlirdi. Minsk Qrupunun həmsədrləri fəaliyyətsiz olanda, Azərbaycanı mövcud vəziyyətlə barışmağa çalışanda biz bunu dərk edirdik. Ermənilər tərəfindən bu cür cəhdlərin olması heç nəyi dəyişməyəcək. Eyni zamanda prosesləri izləmək lazımdır. Hələ bilinmir ki, seçkidən sonra ABŞ-da vətəndaş müharibəsi baş verib-verməyəcək? Sizdə də görürsünüz ki, D.Tramp otağından çıxmaq istəmir. Bəlkə də ölkədə fövqaladə vəziyyət elan etdi. Hətta o dünən bəyan etdi ki, Corc Bayden ABŞ-da kommunizm qurmaq istəyir. Ona görə də, bu il çox maraqlı hadisələrlə qarşılaşacayıq. Ötən il baş verənlər isə Azərbaycan üçün olduqca önəmli idi və bundan sonrakı dövrün bütün prinsiplərini müəyyənləşdirdi. Bu baxımdan 2020-ci il köhnə eranın sonuncu ili hesab olunurdu. Bundan sonra yeni bir era başlayır. Bu epoxanın artıq müxtəlif cizgiləri var. Pandemiya başqa bir müstəvi yaradır. ABŞ-da yaşananlar yeni bir reallıq ortaya çıxara bilər. Çinlə bağlı müəyyən dəyişiklər gözlənilir. Azərbaycan isə yeni eraya ağrılı problemi ilə daxil olmadı. Yeni dövrə yeniləşmiş bir məmləkət kimi daxil oldu. Amma ölkələrin əksəriyyəti yeni dövrə öz problemləri ilə keçid etdi.

– Ermənistanda revanşla bağlı fikirlər səslənir. Onlara cəsarət verən amilləri necə dəyərləndirmək olar?

– Ermənistanda bu cür fikirlərin səslənməsi psixoloji məsələrlə bağlıdır. Onlar məğlubiyyətlə barışmaq istəmir. Ona görə də, revanşla bağlı məsələləri ortaya atırlar. Revanşist hisslər artıq Ermənistanda formalaşıb. Amma onları təhlil edərək nəticəyə gəlmək olur ki, bu Ermənistan daxilində siyasi mübarizədən başqa bir şey deyil. Hazırda məğlub ölkədə revanşizm məhz bu istiqamətdə gedir. Bundan sonra Azərbaycanda sakit durmamalıdır. Azərbaycanın beynəlxalq müstəvidə tutduğu mövqeyinə görə xüsusi qısqanclıqlar da var.

– Türkiyə və Rusiyanın Cənubi Qafqazda fəallaşması bir çox Qərb dövlətlərini ciddi narahat edir. Sizcə bu narahatlığa əsas yaradan hansı amillərdir?

– Türkiyə məsələsi dünyanın ən gözə çarpacaq mövzusudur. Çünki qardaş Türkiyə getdikcə güclənəcək. Bu bizim üçün qürur mənbəyidir. Qardaş ölkə nə qədər güclü olsa Azərbaycanda bir o qədər güclü olacaq. Dünyada bir-birinə yaxın əlaqələri qardaş əlaqələri olan dövlətlər yoxdur. Dünyanın təhdidləri, baş verən prsoslər Türkiyə və Azərbaycana qarşıdır. Amma bütün təhlillər onu göstərir ki, Türkiyə və Azərbaycanın seçdiyi yol getdikcə daha çox tərəfdaşlar toplayacaq. ABŞ-da isə təklif olunan fikirlər heç bir dəstək qazanmayacaq. Bir neçə gün əvvəl Avropa Birliyindən ayrılan Böyük Britaniya və bu qurumlə kəskin münasibətdə olan qardaş Türkiyə saziş imzaladı. Türkiyə Liviyada, Suriyada, Cənubi Qafqazda aktivliyi ilə sülh, ədalət və beynəlxalq prinsiplərdən çıxış edir. Türkiyə Rusiya ilə elə bir ünsiyyət qurur ki, bü faktiki dünyanı xüsusi düşünməyə və hərəkətə gətirən proses olur. Qardaş ölkə Orta Asiya, Çin ilə əlaqələri elə qürur ki, bütün qarşılıqlı maraqlar təmin olunur. Ona görə bu gün Türkiyə öz tarixi misiyasını elə bir bölgədə yerləşdirir ki, dost olmaq istəyənləri öz ətrafına yığa bilir. Bundan sonra da öz gücü ilə bütün dünyaya təsir edə bilir. Avropa Birliyinin hərəkətləri Tükiyəyə heç bir ziyan vura bilmədi. Əvvəllər Türkiyə bu təşkilata üzv olmaq istəyirdi. Bundan sonra Avropa Birliyinin özü Türkiyəyə meyilliyini bildirmək məcburiyyətində qalacaq. Necəki, Böyük Britaniya Türkiyə ilə 21 milyard dollarlıq saziş imzaladı. Çünki dünya birliyi inkişafın harada olduğunu yaxşı bilir. Azərbaycanın Türkiyə ilə bərabər addım atması isə xüsusi əhəmiyyəə malıikdir. Ona görə də bu gün Ermənistanda revanşizm, statusla bağlı səslənən sərsəm fikirlərin nə qədər cılız olduğu görünür. Onlar sadəcə qıcıq yaratmağa çalışır. Hardasa bir yerdə sülhməramlılarla qucaqlaşmaq, əski parça ilə provakasiyalar etməklə heç bir nəticə əldə oluna bilməz.

Oxşar xəbərlər