4700 mənzil şəhid ailəsinə veriləcək

“Ölkə başçısının qərarına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələr və çoxmərtəbəli yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib”.

SOSİUM.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

F.Hüseynov qeyd edib ki, söhbət Bakı, Sumqayıt, Abşeron, Samux, Lənkəran ərazisində yerləşən 4700-ə yaxın mənzilli qəsəbələrdən və çoxmərtəbəli yaşayış binalarından gedir.

Qurum rəsmisinin sözlərinə görə, yaşayış kompleksləri bütün zəruri sosial infrastruktur obyektləri ilə təchiz olunub və mənzillərin paylanma mexanizmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə daxildir.

Oxşar xəbərlər