“YAŞAT” Fondu onların ehtiyacını qarşılayacaq

“Şəhidlərimiz haqqında bizdə məlumatlar var. Ona görə də şəhid ailələrimizin “YAŞAT” Fonduna müraciət etməsinə ehtiyac yoxdur. Onlarla bağlı məsələyə birbaşa olaraq Fond tərəfindən baxılacaq”.

SOSİUM.az xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

O, Birinci Qarabağ müharibəsi iştirakçılarına da müraciət edib: “Mart ayından etibarən Fonda müraciət etsinlər. Düşünürəm ki, bizim müraciətimizi müsbət qarşılayacaqlar”.

Oxşar xəbərlər