İlham Əliyev iki səfirlə bağlı sərəncam verdi

Prezident İlham Əliyev Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənovla bağlı sərəncam imzalayıb.

SOSİUM.az xəbər verir ki, sərəncama əsasən, Həsən Əziz oğlu Həsənov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezidentin digər sərəncamı ilə Nərgiz Akif qızı Qurbanovanın Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Nərgiz Akif qızı Qurbanova Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Oxşar xəbərlər