ÜST-ün mütəxəssisləri Çinə gedir

Dünya Səhiyyə Təşkilatının mütəxəssislərdən ibarət bir heyəti tərəflərin razılığına uyğun olaraq, “COVID-19”un mənşəyini öyrənmək üçün 14 yanvarda Çinə səfər edəcək.

SOSİUM.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Səhiyyə Komitəsi açıqlama verib.

““COVID-19”un mənşəyinin səbəblərini araşdırmaq üçün ÜST tərəfindən təyin olunan bir qrup beynəlxalq ekspert 14 yanvar tarixində Çinə səfər edəcək”,-deyə açıqlamada bildirilib. Araşdırmaların Çin mütəxəssisləri ilə birlikdə əməkdaşlıq çərçivəsində aparılacağı qeyd edilib.

Mütəxəssilər qrupunda Yaponiya, Qətər, ABŞ, Almaniya, Vyetnam, Avstraliya, Hollandiya, İngiltərə və Danimarkadan nümayəndələr yer alacaq.

Oxşar xəbərlər