İlham Əliyev Moskvada rəsmi səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağla bağlı üçtərəfli danışıqların aparılacağı Moskvaya gedib.

SOSİUM.az xəbər verir ki, bu barədə TASS-a Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu məlumat verib.

“Azərbaycan prezidenti Moskvaya gəldi, onu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiya Xarici İşlər Nazirliyinin və Azərbaycanın Moskvadakı səfirliyinin nümayəndələri qarşıladılar”, – deyə məlumatda qeyd edilir.

Oxşar xəbərlər