Baş nazir gömrüklə bağlı qərar verdi

Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarında dəyişiklik edib.

SOSİUM.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 dekabr tarixli 471 nömrəli Qərarının qüvvədə olma müddətinin uzadılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı qəbul edilib.

Sözügedən Qərar velosiped istehsalı üçün ölkəmizə idxal edilən ehtiyat hissələrinin gömrük rüsumlarından azad olunmasının iki il müddətinə uzadılmasını ehtiva etməklə, yerli istehsalın və regionların sənaye potensialının inkişafına dəstək məqsədi daşıyır.

Oxşar xəbərlər