Qəhrəman hərbçilərimiz belə qarşılandı – FOTOLAR

30 ilə yaxın işğal altında qalmış doğma yurd yerlərimiz cəmi 44 gün ərzində azad olundu. Tarixə qızl hərflərlə qəhrəmanlıq salnaməsi kimi yazılan bu möhtəşəm Zəfər xalqımıza sonsuz sevinc, iftixar duyğuları yaşadır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu dünya hərb tarixinə həkk olunan yüksək səviyyədə döyüş qabiliyyəti nümayiş etdirərək erməni faşizmini məhv etdi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

SOSİUM.az xəbər verir ki,vətən müharibəsinin ilk günündən döyüşə yollanan igidlərimiz artıq tərxis olunurlar.

Bu gün “Antaris” şirkətindən vətən müharibəsində iştirak etmiş əməkdaşlarının qarşılnama tədbiri keçirilib. Ali Baş Komandanın əmrinə əsasən “Antaris” şirkətinin əməkdaşları Hüseynov Samir, Yəhyayev Kamran və Nicat vətən müharibəsi zamanı böyük sücayət göstərmişlər.

Görüşdə igidlərimizə kollektiv tərəfindən hədiyyələr təqdim olunmuş və minnətdarlıq qurur hissi duyduqlarını bildirilmişdir.

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə müqəddəs şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımıza Allahdan rəhmət diləyib, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirilib.

2 4
4 4
6 3
4 5
5 2

Oxşar xəbərlər