Yevlax sakini arvadını balta ilə vurub

Yevlaxda arvadını baltalayaraq ağır xəsarət yetirməkdə şübhəli bilinən Qarayev Mehdi Atakişi oğlu tutulub.

SOSİUM.az xəbər verir ki, o, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Rayonun Hacıselli kəndi sakini, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qatar qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Başından balta zərbəsi alan, barmaqlarının bir neçəsi kəsilən və sümükləri sındırılan qadını ərinin döydüyü və xəsarət yetirdiyi müəyyənləşib.

Faktla bağlı araşdırma başlanılıb.

Oxşar xəbərlər