Moskva görüşü Azərbaycana nə qazandırdı?

SOSİUM.az politoloq Qabil Hüseynlinin cebhe.info-ya müsahibəsini təqdim edir:

– Qabil bəy, liderlərin Moskva görüşü Azərbaycan müharibədəki qələbəsinin masadakı təzahürü oldu. Necə düşünürsünüz, Azərbaycan qapalı görüşdən də qalib ayrıldı?

-Zənnimcə istər qapalı, istərsə də açıq görüşdə Azərbaycanın mövqeyi çox güclü görünürdü. Prezidentin əhval-ruhiyyəsindən belə başa düşmək olardı ki, Azərbaycan diktəedici mövqedədir. Yəni bu, belə olmasaydı, Mehri dəhlizini almaq o qədər asan olmazdı. Düzdür, bu, Ermənistan üçün də əhəmiyyətlidir. Amma Ermənistanda müxalifət Paşinyanın əleyhinə olan hər şeyə səs verməyə hazırdır. Qapalı görüşdə sözsüz ki, qaldırılan məsələlərin içində sülhməramlıların qanunla təsbit edilən statusu müzakirə edilməli idi. Yəqin ki, müzakirə edilib və bu haqda Putin də eyham vurdu. Dağlıq Qarabağın statusu məsələsi Putin tərəfindən qaldırıla bilər. Yəni söhbət böyük statusdan getmir. Azərbaycan Prezidentindən xahiş edilə bilərlər ki, mədəni muxtariyyət şəklində status verilsin. Amma belə görünür ki, Azərbaycan Prezidenti bu məsələ ilə bağlı danışmaq istəmir, yaxud da bu məsələyə mənfi cavab verib. Azərbaycan tərəfi həmçinin, bəzi ərazilərdə erməni yaraqlılarının, quldur dəstələrinin qaldığını da Putinin nəzərinə çatdırıb. Bu missiyanı ya Rusiyanın sülhməramlıları həyata keçirsin, ya da Azərbaycan anti-terror hərəkatı başladacaq. Bu məsələ də müzakirə edilib və yəqin ki, ortaq məxrəcə gəlinib. Onsuz da Azərbaycan tərəfi Putinin razılığı olsa da- olmasa da, sülhməramlı qüvvələrin sərhəd dairələrindən kənardakı erməni silahlıları ya həbs edəcək, yaxud da sıradan çıxaracaq. Bu, qərara alınıb və Azərbaycan bunu mütləq həyata keçirəcək.

– Görüşdən sonra verilən bəyanatda bildirildi ki, nəqliyyat və kommunikasiya xətlərinin qurulması ilə bağlı razılığa gəlinib. Açılacaq kommunikasiya xətləri Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Azərbaycan bundan nə qazanacaq?

-Əvvəla, Naxçıvana dəhliz açılır. Biz Naxçıvana yük göndərmək üçün İrana yükün hər tonuna görə 10 dollara yaxın pul ödəyirik. Amma nəqliyyat dəhlizi açılandan sonra Naxçıvana yükləri pulsuz göndərəcəyik. Bundan başqa da dəmir yolu Türkiyəyə qədər uzanacaq. Bu prosesə İran da qoşulacaq. Beləliklə də Ermənistanın İrana yük göndərmək və almaq imkanı olacaq. Eyni zamanda, İran özü bu dəmir yol vasitəsilə Türkiyəyə, Şimal-Cənub dəmir yol xətti açılana qədər isə Rusiyaya hərəkət etmək imkanı olacaq. Ona görə də dəmir yol qovşaqlarının yaranması iqtisadi inkişaf deməkdir. Ümumiyyətlə, yollar hər zaman həm mədəniyyət, həm də inqisadi inkişaf olub. Ona görə də yolların açılmasından çəkinmək olmaz. Bu yolların açılması ən çox Ermənistana xeyir olsa da, naz edir, buna qarşı çıxır. Amma ağıllı insanlar başa düşürlər ki, iqtisadi əlaqələrin, yükdaşımaların, logistikanın inkişafı həmdə xalqlararası yaxınlaşma deməkdir.

– Paşinyan Moskva görüşündən əvvəl müxtəlif təxribatlara əl atmaqla görüşü pozmağa cəhd edirdi. Hətta Ermənistanda Paşinyanın Moskvaya getməməsi üçün etirazçılar hava limanına gedən yolu bağladı. Amma bütün cəhdləri boşa çıxdı və görüş baş tutdu. Sizcə, Ermənistan tərəfi Moskva görüşünə niyə gəlmək istəmirdi?

-Çünki ermənilər dəli-divanədir. Bunlar baş verən hadisələri reallıqlarla deyil, xəyalda qurduqları xaotik aləmlə müqayisə edirlər. Nə baş verib? Azərbaycan öz torpaqlarını işğaldan azad edib. 30 il ermənilər əkib, becərib, şumlayıb, daşı-daş üstə qoymayıblar. Bunları düşünüb onları vicdan əzabı çəkməyə, ən azından, məhsuliyyət daşımağa dəvət edən yoxdur. Hamı-Fransa, Avropa ölkələri qızışdırır. Amma gəlib görmürlər ki, ermənilər özlərindən sonra hansı xarabalığı qoyub gedib. Azad, gözəl, çiçəklənmiş bir diyarı xarabalığa çeviriblər. Öz torpaqları idi? Yox! Onlar Dağlıq Qarabağda həmişə yaşayıblar? Yox! Onların indiki Ermənistan ərazisində həmişə dövlətləri olub? Əsla yox! Onlar 200 il bundan əvvəl gəlib. Bununla bağlı yazılar var, hamısında da qeyd olunur ki, erməniləri bu torpaqlara ruslar gətirib. İndi də deyirlər Ermənistan ordusu zəif idi. Lap güclü olsun, Azərbaycan xalqının torpaqlarını azad etmək iradəsi çox güclü idi, onun qarşısında ən güclü ordu belə dayana bilməzdi. Ermənilər başa düşmürlər ki, başqa xalqın torpaqlarından çıxıblar. Əgər mədəni, sivilizasiyalı xalqdırlarsa, ədalətin, doğruluğun, dürüstlüyün yanında olmalıdırlar. Ermənilər xəyallarında dənizdən dənizə qondarma dövlət qura bilər, özlərini dünyanın ən sivilizasiyalı xalqı hesab edə bilərlər, amma yoxsul, barbarlıq səviyyəsində bir xalqdırlar. Yaşayış şəraiti, düşüncə tərzi bərbaddır, ondan-bundan oğurlanan bir ovuc mədəniyyət nümunələri var. Yəni ermənilər bu bölgənin heç bir xalqından qabağa getməyib, geridə qalıb. İndi də Azərbaycan Türkiyə və Rusiya ilə birlikdə Ermənistanı blokadadan çıxarır. Ermənistan sevinmək, bölgədə baş verən inteqrasiya məsələsindən şadlanmaq əvəzinə aranı qarışdırır. Yəni insanın xəyalları şüuru qarşısında bu qədər diktəedici ola bilər? Bunlar insan kimi normal düşünmək qabiliyyətinə sahib deyillər. Uydurma xəyallar, duyğular, düşüncələr erməniləri özünə əsir edib. Onlar bədbəxt, amma eyni zamanda başqalarına da bədbəxtlik gətirmiş xalqdır. Heç sivilizasiyanın yaxınlığına da gəlməyib. Ermənilər başdan ayağa avantürist, anormal, xəbis, təxribatçı, provaksion, bütün mənfi keyfiyyətlərin hamısını özündə birləşdirən kiçik bir toplumdur. Bunlar 52 milyon sayı olan Azərbaycan xalqı ilə mübarizəyə girişiblər, özləri isə 5 milyondan bir az çoxdur.

– Azərbaycan Prezidentinin Moskvadakı bəyanatı bölgədəki sülhü möhkəmləndirməyə xidmət edir. Amma Ermənistanın Baş naziri bəyanatında ATƏT Minsk Qrupunu yenidən fəaliyyətə başlamasını gündəmə gətirməyə uğursuz cəhd etdi. Məlumdur ki, ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həllində 30 il müddətində fəaliyyətsizliyi ilə yadda qaldı və nəticədə Azərbaycan torpaqlarını öz gücü ilə həll etdi. Necə düşünürsünüz, Ermənistan ölü qurumları niyə diriltməyə çalışır?

-Çünki orada Fransa, ABŞ və Rusiya var. Bu qurum prosesləri hər zaman Ermənistanın xeyrinə aparırdı. Minsk Qrupu qondarma Dağlıq Qarabağ Respublikasını legitimləşdirməyə çalışırdı. Onlar hər zaman Azərbaycanın əleyhinə iş aparırdı. Ona görə də Ermənistan bu qurumu dirilməyə can atır, amma Azərbaycan buna imkan verməyəcək.

Oxşar xəbərlər