“Bahalı zinət əşyaları alırdı mənə görə”

“Həyat yoldaşım mənə həmişə bahalı zinət əşyaları alırdı. Qəbul etmirdim. Bir dəfə də maşın gətirdi”.

SOSİUM.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova “Onun sirri” verilişində deyib. Müğənni mərhum həyat yoldaşı Faiq bəyin ona aldığı avtomobildən danışıb:

“Maşın iki gün həyətdə qaldı, üçüncü gün gələndə dedim ki, Faiq, ya maşını apar, ya da açarı atacağam həyətə. Heç nə demədi. Mən də götürüb açarı atdım həyətə. O, bunu təhqir olaraq qəbul etdi. Maşını başqa bir qadına bağışladı. Həmin qadın da həyatda hər zaman ayağıma dolaşan biri idi. O qadın da atalığı rəhmətə gedəndə maşını satıb başdaşı etdirdi”.

Bu zaman aparıcı Lətafət Ələkbərova sözügedən şəxsin mərhum Xalq artisti İlhamə Quliyeva olduğunu bildirib. F. Kərimova isə “Ölənin arxasıyca danışmaram” deyə, F.Kərimova cavab verib.

Oxşar xəbərlər