Azərbaycan-Serbiya matçı burada olacaq

Azərbaycan milli komandasının DÇ-2022-nin seçmə mərhələsində ilk ev oyununu keçirəcəyi stadion müəyyənləşib.

SOSİUM.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan – Serbiya qarşılaşması martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan seçmə mərhələnin A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq. Həmçinin bu qrupda mundialn ev sahibi Qətər millisini də müsabiqədənkənar iştirak edəcək.

Oxşar xəbərlər