“127 milyon AZN güzəştli kredit ayrılıb”

“2020-ci il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 908 sahibkara 127 milyon manatadək güzəştli kredit verilib”.

SOSİUM.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşım edib

“İqtisadiyyata güzəştli kredit dəstəyi çərçivəsində 2020-ci il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 908 sahibkara 127 mln. manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 2 700-dən çox yeni iş yerinin açılması imkanı yaranıb”, – deyə o qeyd edib.

Oxşar xəbərlər