“Medianın inkişafı yönündə əməkdaşlığa hazırıq”

“Prezident İlham Əliyevin Sərəncamı ilə yeni yaradılmış Medianın İnkişafı Agentliyinin ölkəmizin media təsərrüfatının inkişafı, jurnalistikanın öz peşə kodeksinə uyğun tərəqqisi baxımından çox faydalı olacağına inanır, bütün media mənsublarımızı təbrik edirəm”.

SOSİUM.az-ın xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib.

“Agentliyin İcraçı direktoru təyin edilmiş Əhməd İsmayılovu dünən yeni təyinatı münasibəti ilə təbrik edərkən də vurğuladığımız kimi, Mədəniyyət Komitəsi olaraq, medianın inkişafı istiqamətində yeni yaradılan qurumla fəal əməkdaşlığa hazırıq. İnanırıq ki, bu sahədə həllini gözləyən ciddi problemlərlə bağlı qısa zamanda vacib addımlar atılacaq” – Q.Paşayeva qeyd edib.

Oxşar xəbərlər