Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə səfər zamanı Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisində olublar.
SOSİUM.az xəbər verir ki, videoda dövlət başçısı Böyük Tağlar kəndi barədə məlumat verib:
“Bura Azərbaycandır. Xocavənd rayonu, Böyük Tağlar kəndinin ərazisi. Baxın, necə də gözəldir bizim ölkəmiz. Bütün bu ərazini işğalçılardan qəhrəman Azərbaycan Ordusu azad edib”.