Prezident Tokayev yeni hökuməti formalaşdırdı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə yeni hökumətin formalaşdırılması üçün qərarnaməni imzalayıb.

SOSİUM.az xəbər verir ki, yanvarın 10-da keçirilən parlament seçkilərindən sonra ölkədə yeni hökumətdə Askar Mamin Baş nazir olacaq.

Alixan Smailov, Roman Sklyar ve Yeralı Tuqcanov yenidən baş nazirin müavinləri təyin ediliblər. Muxtar Tileuberdi Baş nazirin köməkçisi, eyni zamanda, xarici işlər naziri vəzifələrini idarə edəcək.

Hökumətdə təmsil olunan digər 16 nazirin vəzifələri dəyişməyib. Qeyd edək ki, Qazaxıstan hökuməti yanvarın 15-də yeni kabinetin formalaşdırılması üçün istefaya getmişdi.

Oxşar xəbərlər