Co Bayden rəsmən ABŞ-ın prezidentidir

ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inuaqurasiya mərasimi keçirilir.

SOSİUM.az-ın məlumatına görə, ABŞ-ın 46-cı prezidenti and içərək vəzifəsinin icrasına başlayıb.

Cozef Baydenlə yanaşı, Kamala Harris də vitse-prezident kimi and içib. Mərasimdə müğənni Ledi Qaqa Amerika Birləşmiş Ştatların himnini ifa edib.

Hakimiyyəti yeni komandaya əvvəlki prezident Donald Tramp yox, vitse-prezident Mayk Pens ötürüb.

Pandemiya səbəbindən mərasim sosial məsafənin normalarına uyğun şəkildə təşkil edilib. Xüsusilə, yeni dövlət başçısının andiçmə mərasimi münasibətilə parad təşkil edilməyəcək. İnauqurasiyanı işıqlandırmaq üçün akkreditə olunmuş jurnalistlərin sayı azaldılıb.

Qeyd edək ki, ABŞ-ın səlahiyyətləri başa çatmış prezidenti Donald Tramp Co Baydenin inauqurasiyası mərasimində iştirak etməyib. O, həyat yoldaşı Melanya Trampla Vaşinqtondan Floridaya gedib.

Oxşar xəbərlər