Bayden ABŞ-a gələnlərə yeni tələblər qoydu

ABŞ Prezidenti Co Bayden ölkəyə gələnlərlə bağlı yeni qaydaları elan edib.

SOSİUM.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ-a gələnlər koronavirusla əlaqədar olaraq test verməklə yanaşı, karantinə alınacaqlar.

“Yeni ştammın meydana gəlməsi səbəbindən digər ölkələrdən ABŞ-a gələnlər maska taxmaq, test verməklə yanaşı, karantinə alınacaqlar”, – deyə Bayden bildirib.

Amerikalı lider karantin müddətinin nə qədər olacağı və qaydaların nə vaxtdan tətbiqə başlanacağı barədə hələ ki heç bir açıqlama verməyib.

Oxşar xəbərlər