Yüksək rütbəli məmur həbs olundu

Bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Masallı rayon xəstəxanasında əməliyyat keçirilib.

SOSİUM.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyat zamanı xəstəxananın baş həkimi Cəlil Nəzərov saxlanılıb.

Onun maliyyə yeyintisinə görə saxlanıldığı bildirilir. Məlumat hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib.

Qeyd edək ki, əməliyyatın keçirilməsi ilə bağlı ilk xəbəri cenub.az saytı yayıb.

Oxşar xəbərlər