ABŞ və Rusiya sazişi müzakirə edib

ABŞ və rusiyalı mütəxəssislər Strateji Hücum Silahlarının Azaldılması Sazişinin (START-3) uzadılmasını müzakirə edib.

SOSİUM.az “Sputnik”ə istinadən xəbər verir ki, bu haqda məlumat Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova tərəfindən verilib:

“Yalnız onu deyə bilərəm ki, mütəxəssislər bu istiqamətdə fəal işləyirlər. Praktik işlər başlayıb”.

Məsələ ilə bağlı Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti tərəfindən də açıqlama verilib.

Məlumatda göstərilir ki, məsələ büronun sözçüsü Nikolay Patruşev və ABŞ-ın Milli Təhlükəsizlik işləri üzrə məsləhətçisi Ceyk Sullivan arasında telefon danışığı zamanı müzakirə olunub:

“Nikolay Patruşev və Ceyk Sullivan START-3-ün vaxtının uzadılması ilə əlaqəli məsələləri və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair perspektivləri müzakirə edildi”.

Oxşar xəbərlər