Prezident Ramin Quluzadəyə yüksək vəzifə verdi

Prezident İlham Əliyev Ramin Namiq oğlu Quluzadənin Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

SOSİUM.az xatırladır ki, bundan əvvəl İ.Əliyev R.Quluzadənin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalamışdı.

Onu da qeyd edək ki, Prezidentin digər sərəncamı ilə Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib.

Oqtay Şahbazov Energetika naziri Pərviz Şahbazovun atasıdır və 1991-ci ildən Prezidentin İşlər İdarəsində çalışır. Uzun müddət İdarənin rəis müavini işləyib. Akif Muradverdiyev həbs ediləndən sonra bu idarəyə rəhbərlik edib.

Oxşar xəbərlər