Şahin Seyidzadə şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Şahin Seyidzadə Qobustan rayonu Cəyirli kəndindən olan I Qarabağ müharibəsi şəhidləri Rasim Hüseynov, Ayaz Quliyev, Hicran Səmədov, “Dəmir yumruq” hərbi əməliyyatlarında şəhid olmuş Murad İbadov, Elxan Məmmədovun məzarları və Qobustan şəhər sakini Sərxan Hacıyevin ailə üzvlərini ziyarət edib.

SOSİUM.az məlumatına görə, millət vəkili bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli və vətənimizin ərazi bütövlüyündə hər bir şəhidimizin fədakarlığı bizim üçün böyük bir nümunə, gələcək nəsil üçün silinməz tarixdir:

“I Qarabağ müharibəsi dövrü və “Dəmir yumruq” hərbi əməliyyatları dövründə fədakarlıq edərək öz canından və sağlamlığından keçən hər bir hərbi qulluqçumuzun ailəsinin, özünün yanında olmaq hər birimizin borcudur. 44 günlük müharibə dövründə doğulduğu və yaşadığı yerdən asılı olmayaraq, səngərdə öz əsgər qardaşları ilə birgə vuruşmuş və şəhid olmuş bütün həmvətənlərimizin ruhu qarşısında baş əyir, ailə və doğmalarına bir daha Allahdan səbr diləyirəm”.

Oxşar xəbərlər