“Əgər iki gündən artıq…” – Şok intihar statistikası

Son həftə ərzində ard-arda bir neçə intihar hadisəsinə şahidlik etdik. Artan intihar halları cəmiyyətdə narahatlıq yaradır, xüsusilə də gənclərin canına qıyması problemə daha ayıq və həssas yanaşmamızı şərtləndirir.

İntihar faktları niyə artır? İnsanları özünü öldürməyə vadar edən sosial-iqtisadi və psixoloji səbəblər nədir?

SOSİUM.az xəbər verir ki, mövzu ilə bağlı sfera.az-a danışan psixoloq Aytən Ələkbərova intihar hallarının artmasını bir neçə səbəblə əlaqələndirib:

Psixoloqun fikrincə, insanların bəzi obrazlara bənzəmək istəyi yaxşı sonluqla nəticələnməyə də bilir:

“Bəzən insanların bir-birini qavramasında sosial stereotiplərin heç də az rolu olmur. Çünki steorotiplər şəxsi təcrübənin ümumiləşdirməsi əsasında formalaşır. Yəni, bəzi insanlar baxdığı filmlərdə, oxuduğu kitablarda gördüyü obrazları dərhal özündə yaratmağa çalışırlar”.

“Son günlər baş verən intiharlar şəxsi həyatda sözünü deyə bilməyib, özündən sonra onun haqqqında danışılmaq istəyindən də irəli gələ bilər. Təəssüf ki, intihara cəhd edib, lakin sağ qalan insanlarla söhbətdə bu halların dəfələrlə şahidi oluruq. Yəni, vaxtında etirazını, kədərini və ya digər hisslərini bildirməyi bacarmayaraq, özünə qapanan şəxslər sonda intihar vasitəsilə müəyyən iz qoymaq istəyirlər”.

“Emosional insanlarda biz intihar hallarını demək olar ki, müşahidə etmirik. Çünki onlar situasiyaya uyğun olaraq anında ürəklərindən keçən sözü deyirlər, irad bildirirlər. Lakin özünə qapanıq insanlar sərt münasibət görəndə etiraz gücündə olmur və son çarə olaraq intihara əl atır. Bu səbəbdən bir insanın 4-5 saatdan başlayaraq iki günədək özünə qapandığını, depressiyaya düşdüyünü görürüksə, mütləq şəkildə psixoloqa müraciət etmək lazımdır. Əks halda intihar hadisəsinin şahidi olacağıq”.

Oxşar xəbərlər