Badamdarda sürüşmə səbəbi açıqlandı

Bakının Səbail rayonu ərazisində, Badamdar şosesində torpaq sürüşməsi təbii və texnogen amillərin təsirindən yaranıb.

Bunu SOSİUM.az-a Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov bildirib.

“Hazırda ərazidə tədqiqat işləri aparılır, sürüşmə kütləsinin parametrləri ölçülür. Təbii amillərdən başqa texnogen amillərin də təsiri var. Yamacın yuxarı hissəsindən təsərrüfat sullarının axıdılması prosesi aktivləşdirib”, – deyə R. Həsənov qeyd edib.

ilkin məlumata görə, sürüşmə nəticəsində bir iaşə obyekti və iki fərdi yaşayış evinə zərər dəyib. Ətrafda yaşayan insanlar təxliyə olunub.

Oxşar xəbərlər