“Hələki güzəştli kateqoriyada qalırlar” – Xidmət rəisi

“Məcburi köçkünlər hələki güzəştli kateqoriyada qalırlar”.

SOSİUM.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

M. Abbasbəyli bildirib ki, məcburi köçkünlərin statusunun ləğv edilməsi ilə bağlı qərar Nazirlər Kabineti tərəfindən verilir.

Onun fikrincə, bütün məcburi köçkünlər işğaldan azad edilən torpaqlara qayıtdıqdan sonra o məsələyə baxıla bilər.

Oxşar xəbərlər