ICDL imtahanları keçiriləcək: elan verildi

ICDL haqqında

Avropada Kompüter Bacarıqları üzrə Sertifikat (ECDL) Mərkəzinin qeyri-kommersiya təşkilatı kimi rəsmi əsası 1997-ci ildə, İrlandiyanın Dublin şəhərində qoyulub.

Beynəlxalq Kompüter İşlətmə Lisenziyası – “International Computer Driving Licence” (ICDL) Avropa və Asiyanın bir sıra qabaqcıl ölkələrində, ümumilikdə 100-dən artıq ölkədə (Böyük Britaniya, Almaniya, Fransa, Çin, Koreya, Yaponiya, Türkiyə və s.) 14 milyondan çox insanın kompüterdən və kompüter proqramlarından istifadə etmək üçün lazım olan bilik və bacarıqlarını ölçən beynəlxalq dərəcəli sertifikatlaşdırma proqramıdır. Namizədlər ixtisas və peşə tələblərinə uyğun olaraq ICL-in müvafiq modullarından imtahan verib, sertifikat ala bilirlər.

ECDL Mərkəzi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) arasında DİM-in ECDL-in Azərbaycandakı Akkreditasiya olunmuş Test Mərkəzi (ATM) olmasına dair razılıq əldə edilib və Mərkəz AZ001 kodu ilə qeydiyyata alınıb. Beləliklə, DİM kompüter bacarıqlarını sertifikatlaşdırmaq istəyən namizədlər üçün ICDL beynəlxalq imtahanları təklif edir.

İmtahan haqqında

ICDL imtahanlarının 4 fəaliyyət istiqaməti mövcuddur:

ICDL Workforce
ICDL Professional
ICDL Digital Student
ICDL Digital Citizen

ICDL-in yuxarıda qeyd olunan proqramlarının üzərinə klikləyərək müvafiq modullara daxil olub, onlar barədə məlumat əldə etmək mümkündür.

  • İmtahan modullarının hər biri üçün keçid 75% təşkil edir.
  • Hər bir imtahan modulu üçün müddət 45 dəqiqədir.

ICDL imtahanları aşağıdakı  formatda keçirilir:

  1. Kompüter əsaslı;
  2. Onlayn (24 saat imtahan iştirakçısının özünə uyğun olan məkanda əlçatandır).

DİM-də ICDL imtahanları kompüter əsaslı formada keçirilir. Yəni namizədlər imtahanı DİM-in test mərkəzinə gəlməklə kompüter vasitəsilə verməlidirlər.

Onlayn ICDL imtahanları: Namizədlər onlayn qaydada ICDL imtahanlarını istənilən yerdən qoşulub verə bilərlər. Bunun üçün ancaq kompüter, veb-kamera, qulaqcıqlar və internet şəbəkəsinin olması kifayətdir.

İmtahanların qiyməti

ICDL beynəlxalq imtahanının qiyməti seçilən imtahan səviyyəsindən asılı olaraq dəyişir. Aşağıdakı cədvəl imtahanların qiymətinə dair məlumatı əks etdirir (ƏDV daxil).

İmtahan günləri

İmtahan adı Gün Saat
ICDL

 

Çərşənbə 09:00-17:00

Kompüter əsaslı imtahanlar: 

ICDL proqramları Məbləğ (AZN)
Workforce modules 70
Professional modules 120

 Nəticələr və Sertifikat

Namizədlər müvafiq modul imtahanının nəticəsini öz imtahan profillərində görə bilir, eyni zamanda imtahanı uğurla keçmiş namizədlər rəsmi sertifikatlarının pdf versiyalarını profildən əldə edə bilirlər. Qeyd edək ki, namizədin seçimindən asılı olaraq, ICDL-in rəsmi sertifikatı mərkəz tərəfindən poçtla göndərilir.

Qeydiyyat prosesi

Namizədlərin qeydiyyat prosesi Skillsbox Test Sistemi vasitəsi ilə aparılır. Bunun üçün ilk öncə, namizədlər özləri barədə aşağıdakı məlumatları email vasitəsilə [email protected] ünvanına göndərməlidirlər (imtahan günündən ən azı 10 gün əvvəl):

  • ICDL imtahanının adı;
  • Namizədin adı, soyadı, doğum tarixi;
  • Namizədin şəxsiyyət vəsiqəsinin skan edilmiş surəti;
  • Namizədin telefon nömrəsi və email ünvanı ;

Sorğu qəbul olunduqdan sonra lazımi hazırlıq işləri başlayır və iştirakçıya DİM-in rəsmi bank hesabı haqqında məlumat göndərilir. Məktubun alındığına dair namizədlər tərəfindən təsdiq mesajı yazılır. Ödənişin edilməsi ilə bağlı təsdiq sənədi təqdim edilir.

Hazırlıq materialları

Namizəd ICDL-in rəsmi e-kitab və praktiki materialları, həmçinin diaqnostik test materiallarını qeydiyyatdan keçdikdən sonra Skillsbox Test Sistemindən əldə edə bilər.

DİM tərəfindən keçirilən ICDL imtahanına qeydiyyat, imtahanın keçirilmə qaydaları və nəticələrin öyrənilməsi haqqında əlavə məlumat əldə etmək üçün əlaqə vasitələri:

+994 55 205 97 59

 [email protected]

Oxşar xəbərlər