“169 milyon dövlət zəmanətli kredit ayrılıb”

“Sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf əldə etməsi üçün yaradılmış Elektron Kredit Platforması effektiv vasitədir”.

SOSİUM.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, ötən il bu platformada 949 milyon manat həcmdə 3300-dən çox müraciət qeydə alınıb. 529 müraciət üzrə 169 milyon manat dövlət zəmanətli kredit ayrılıb.

Xatırladaq ki, ötən ilin 30 iyun tarixində İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platformasını (e-edf.gov.az) təqdim edib.

Qeyd edilirdi ki, platformaya 15 bank qoşulub , gələcəkdə digər banklar da qoşulacaq. Platforma ilə koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş şəxslər üçün dövlət zəmanətli, güzəştli kreditlər təklif edilir. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib.

Oxşar xəbərlər