“Andiçmə mərasiminə təxribat hazırlanır” – Lukoşenko

Belarusun prezidenti Aleksandr Lukaşenko andiçmə mərasimi zamanı təxribat ola biləcəyini anons edib.

SOSİUM.az xəbər verir ki, bu barədə Belarusun rəsmi “BELTA” agentliyi məlumat yayıb.

Lukaşenko qeyd edib ki, onun prezident kimi and içəcəyi gün sui-qəsd ehtimalları barədə xüsusi məlumat daxil olub.

“Andiçmə günüm üçün təxribat hazırlanır. Hətta bəzi məmurlara, deputatlara qarşı sui-qəsd təşkil oluna bilər”, – deyə Belarus prezidenti bəyan edib.

Oxşar xəbərlər