Röya: “Aygün Kazımova yaxşı qonşudur”

“Hamını da təbrik edirəm. Suyun da qiymətini qaldırdılar. Arada çay filan içərik ancaq. Qiymətlər qalxmamışdan əvvəl xeyli su almışdım. Pandemiya bizi öldürmədi, bu məsələlər bizi öldürəcək. Gərək mən də toy qiymətlərini qaldırım (gülür)”.

SOSİUM.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan MTV-də yayımlanan “10-da görüşək” verilişində deyib.

Müğənni söhbət əsnasında Xalq artisti Aygün Kazımovadan da danışıb:

“Mən həmişə deyirəm ki, yolumun qarşısına daş qoyan olmayıb. Səhvsiz insan yoxdur. Səhv insan üçün yaranıb. Ya yaxşısan, ya pissən. Sonradan pis insan olmur. Aygün Kazımova yaxşı qonşudur. Biz birlik bacaran xalqıq. Bir şey olan kimi qapısını döysəm, köməlik göstərər. Mən də həmçinin”.

Oxşar xəbərlər