Rusiyadan cavab: “Öz işinizlə məşğul olun!”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Qərb ölkələrinin Aleksey Navalnının həbsi ilə bağlı çağırışlarına cavab verib.

SOSİUM.az xəbər verir ki, XİN rəsmisi deyib:

“Bir neçə həftədir ki, oxşar hücumlara və bəyanatlara münasibət bildiririk və cavab veririk. Suveren bir dövlətin daxili işlərinə qarışmaq lazım deyil. Hamıya da məsləhət görürük ki, öz şəxsi problemləri ilə məşğul olsunlar”.

Qeyd edək ki, dünən Moskvanın Simonovski məhkəməsi Navalnının “Yves Rocher” işi ilə bağlı şərti cəzasını ləğv edərək, onu 3.5 il müddətinə real həbs cəzası ilə əvəz edib. Bunun ardınca ABŞ, Fransa, Almaniya, Böyük Britaniya kimi ölkələr Rusiyanı Navalnını azad etməyə çağırıb.

Oxşar xəbərlər