Neftin qiyməti 300 manatadək yüksələcək

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) müsbət ssenarisinə əsasən, “Brent” markalı neftin bir barelinin qiyməti 2050-ci ilə 173 dollaradək (300 AZN-ə yaxın) yüksələ bilər.

SOSİUM.az xəbər verir ki, bu barədə APA EIA-in 2050-ci ilədək qlobal enerji bazarlarındakı vəziyyətin inkişafına dair hesabatına istinadən xəbər verir.
Məlumata görə, qeyd olunan qiymət 2020-ci il üçün dollar məzənnəsinə uyğun olaraq hesablanıb.
Mütəxəssislərin fikrincə, mənfi ssenariyə uyğun olaraq, hesabat dövründə “Brent”in qiyməti 48 dollar, realistik ssenariyə uyğun isə 95 dollar təşkil edə bilər.

Oxşar xəbərlər