Daha bir rayonda əməliyyat: saxlanılanlar var

Daşkəsən rayonunun Xoşbulaq kənd bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyev saxlanılıb.

SOSİUM.az unikal.org-a istinadən xəbər verir ki, hər iki şəxs korrupsiya və torpaq satışı ilə bağlı yol verdikləri qanunsuz əməllərə görə saxlanılıb.

Qeyd edək ki, R. Allahverdiyev 1999-cu ildən bələdiyyə sədridir. Şahbaz Mehdiyev isə ləğv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləyib.

Oxşar xəbərlər