Ziya Məmmədov həbs xəbərini şərh etdi

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov istintaq orqanları tərəfindən dindirilməyə çağırıldığı barədə məlumatları təkzib edib

SOSİUM.az virtualaz.org-a istinadən xəbər verir ki, “Bu məlumatı kim yayıb? Yalandır. Mən evdeyəm, şayiələrə inanmayın”, – deyə keçmiş nazir jurnalistlərə açıqlamasında deyib.

Xatırladaq ki, bundan əvvəl bir sıra yerli KİV-lər adı açıqlanmayan mənbələrə istinad edərək keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsindən sonra Ziya Məmmədovun da istintaqa çağırıldığını yazıb.

Oxşar xəbərlər