Metro nə vaxtdan açıqlacaq? – RƏSMİ AÇIQLAMA

Fevralın 1-dən etibarən ölkə ərazisində orta məktəblərdə ibtidai siniflər üçün tədris bərpa olunub.

Fevralın 15-dən isə ali və orta təhsil müəssisələrində tədrisin bərpası bir az da genişləndiriləcək. Həmin gündən ali məktəblərdə praktik əyani təhsil alan tələbələrin, orta məktəblərdə isə 5-9-cu sinif şagirdlərinin tədris prosesi başlanacaq və bu da paytaxtda sərnişin sayını daha da artıracaq.

Bakıda hələ ki, metro stansiyalarının fəaliyyətinin bərpa etməməsi həmin vaxtdan etibarən avtobuslarda sərnişin sıxlığına səbəb ola bilər. Problemin aradan qaldırılması üçün xüsusi karantin rejimlərinə əməl etməklə metropolitenin fəaliyyətini bərpa etməsi vacibdir.

SOSİUM.az “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə metropoliten fəaliyyətini dayandırmasına baxmayaraq, qurum istənilən vaxt fəaliyyətini bərpa etməyə hazırdır:

“Metronun fəaliyyətini dayandırması və ya bərpası pandemiya dövründə birbaşa Operativ Qərargahdan asılıdır. Metronun sərnişindaşıma fəaliyyətini bərpa etməsi barədə qərarı yalnız bu qurum verə bilər. Buna baxmayaraq, metropolitenin müvafiq sənədlərə uyğun olaraq mütəmadi tunellərin, stansiyaların, maşın mexanizmləri və avadanlıqların saz vəziyyətdə olması üçün gündəlik iş rejimi şəraitində tədbirlər həyata keçirir. Hazırda metro fəaliyyətə başlamağa tam hazırdır. Əgər Operativ Qərargah metronun fəaliyyətini bərpa etməklə bağlı hansısa bir qərar açıqlayarsa, metro sərnişinləri qəbul etməyə hazırdır”.

Oxşar xəbərlər