Ziya Məmmədovun qardaşı da danışmadı

Bəzi mətbuat orqanlarında keçmiş nəqliyyat naziri Ziya Məmmədovun istintaqa çağırılması ilə bağlı məlumatlar yayılıb.

SOSİUM.az xəbər verir ki, modern.az məsələ ilə bağlı Z.Məmmədovun qardaşı Eltun Məmmədovla dəqiqləşdirmə aparmaq istəsə də, o bundan imtina edib:

“Dəfələrlə mətbuata, dəyərli jurnalistlərə bildirmişəm ki, şəxsimlə, fəaliyyətimlə bağlı nə soruşsanız, açıqlamağa hazıram. Amma bu mənə aid məsələ deyil. Mənə aid olmayan məsələ ilə bağlı açıqlama istəməniz və mənim də buna münasibət bildirməyim etik deyil. Xahiş edirəm nəzərə alasıznız”.

Xatırladaq ki, ölkənin ən varlı oliqarxlarından biri sayılan Ziya Məmmədov 2002-ci ildən 2017-ci ilədək Azərbaycanın nəqliyyat naziri vəzifəsində çalışıb.

Oxşar xəbərlər