Tehran Rusiya Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası göndərib.
SOSİUM.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd edilib ki, Rusiya XİN-in ərəbdilli “Twitter” səhifəsində Fars körfəzini “Ərəbistan Körfəzi” adı ilə qeyd etməsi rəsmi Tehranı qıcıqlandırıb. Rusiyanın diplomatik xidməti hadisə ilə bağlı hələ açıqlama verməyib.