Yazıçı Əjdər Ol da həbs olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Aparat rəhbəri, yazıçı Əjdər Ol həbs olunub.

SOSİUM.az xəbər verir ki, bu barədə yerli mətbuata onun qardaşı Şahəli Cəbiyev məlumat verib.

Ş.Cəbiyevin sözlərinə görə, qardaşı ötən cümə günü saxlanılıb.

Qeyd edək ki, Əjdər Ol nazirliyin Aparatına Səlim Müslümov nazir olarkən rəhbərlik edib.

Xatırladaq ki, ötən həftə sabiq nazir Səlim Müslümova Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) üzrə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə S.Müslümov 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər