Teymur Rəcəbov üstünlüyü qoruya bilmədi

“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

SOSİUM.az xəbər verir ki, mükafat fondu 100 min ABŞ dolları olan yarışın dördüncü günündə təmsilçimiz Teymur Rəcəbov növbəti görüşünü keçirib.

Rəcəbov Niderland qrossmeysteri Aniş Giri ilə üz-üzə gəlib. 34 yaşlı təmsilçimiz ilk görüşdən 2:2 hesablı heç-heçə ilə ayrılıb.

O, ilk iki partiyadan heç-heçə etdikdən sonra 3-cü partiyada qara fiqurlarla qalib gəlsə də, 4-cü oyunda ağlarla uduzub. Şahmatçılar arasında ikinci matç isə fevralın 10-da keçiriləcək. Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq.

Oxşar xəbərlər