Komitə sədri şəhidin atasına məktub verdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin Qəhrəmanı, şəhid mayor Amid Heydərovun atası Rəbbil Heydərovla Mədəniyyət Komitəsində görüşüb, qəhrəmanın döyüş yolu ilə maraqlanıb maraqlanıb, qəhrəman zabitin həyat yolunun gənc nəslə, gələcək hərbçilərə bir örnək olduğunu deyərək, ürək sözlərini bölüşüb:

“Əziz şəhid atası,

Sizin oğlunuz Vətən uğrunda döyüşərək öz canını fəda etmiş qəhrəmandır. İşğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürü ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Qəhrəman oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Amid Heydərov 2016-cı ilin Aprel döyüşlərində də mərdlik və peşəkarlıq nümayiş etdirib, vaxtından öncə kapitan rütbəsi alıb. 2020-ci ilin may ayında isə ona mayor rütbəsi təqdim olunub və “N” saylı hərbi hissənin komandiri təyin edilib. Vətən Müharibəsi başlayınca döyüşlərə ilk qatılan zabitlərden biri olan mayor Amid Heydərov, Cəbrayılın alınmasında qəhramanlıqla döyüşüb və şəhid olub.

Tankçı oğlunuz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə “Vətən Müharibəsi Qəhrəmanı” yüksək adına layiq görülüb. Qəhrəmanımız həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasina görə” medalları ilə təltif olunub.

Amid Heydərov kimi qəhrəman zabitlərimizlə hər zaman qürur duyacağıq! O əfsanəvi sərkərdə Həzi Aslanovu özünə kumir seçmişdi və onun kimi tankçı oldu, qəhrəman oldu, şöhrət qazandı, adı ürəklərə yazıldı. Hər iki qəhrəmanımızın ruhu şad olsun!

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm”!

Şəhid Qəhrəmanın atasına Komitə adından Məktub təqdim edilib.

Oxşar xəbərlər