“Şəkidə meşə sahəsində fındıq bağı salınır”

Sosial şəbəkələrdə Şəkinin Bideyiz kəndi yaxınlığında meşələrin irimiqyaslı kürünməsinə başlanması barədə məlumat yayılıb. Əraziyə çoxlu sayda ağır texnika cəlb edilib.

SOSİUM.az xəbər verir ki, ETSN-nin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov Milli Meşə Proqramına uyğun olaraq açıq meşə sahələrində aqrobağların salınması üçün şərait yaradıldığını deyib:

“Şəkinin Bideyiz kəndi yaxınlığındakı açıq meşə sahəsində də fındıq bağı salınır”.

O qeyd edib ki, meşə fondunun istifadəsiz qalmış açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə fondu torpaqları icarəyə verilə bilər:

“Hazırda meşə ərazilərinin açıq sahələrində aqrobağların və sənaye əhəmiyyətli meşələrin salınması işləri həyata keçirilir. Bu da meşə örtüyünün artması ilə yanaşı yeni iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, ixrac potensialının yüksəlməsinə və ərzaq bolluğuna səbəb olacaq”.

Oxşar xəbərlər