YAP-çı deputat: “Kim deyir ki, mən…”

“Daxili İşlər Nazirliyini məhkəməyə verməmişəm. Adımdan yalan informasiya yayılıb”.

SOSİUM.az xəbər verir ki, bunu Milli Məclisin üzvü Siyavuş Novruzov deyib. Deputat adından yazılan məlumatların əsassız və həqiqətəuyğun olmadığını bildirib:

“Karantin dövründə insanların, eləcə də bizim təhlükəsizliyimizin qorunması ilə məşğul olan Daxili İşlər Nazirliyini niyə məhkəməyə verim? Onlar sərt karantin günlərində insanların epidemiyadan qorunması və təhlükəsizliyi ilə bağlı əllərindən gələni əsirgəməyiblər”.

“Xalqımızı bu bəladan qorumaq üçün maksimum səy göstəriblər”. Deputat dəfələrlə Milli Məclisdə Daxili İşlər Nazirliyinin əməkdaşlarına karantin dövründə göstərdikləri səy və təmkinə görə minnətdarlığımı bildirdiyini də qeyd edib:

“Yenə bu işdə onlara uğurlar arzulayıram. Əsası olmayan məlumatlara isə inanmayın”.

Oxşar xəbərlər