“Ağılda ona, xarici görünüşdə mənə oxşasın”

Müğənni Sevda Yahyayeva və həyat yoldaşı Zakir Bayramov genetik test veriblər.

SOSİUM.az xəbər verir ki, bu barədə “Səhər mərkəzi” proqramında məlumat verilib. Verilişin ikinci hissəsində qonaq olan həkim Z. Bayramov genlərin uzlaşması barədə test olunduqlarını açıqlayıb:

“Uşaqların xarici görünüşü və səs baxımından xanımıma oxşamasını istəyərdim. Mənim üçün fərqi yoxdur. Xanımı özüm seçmişəm, bütün gen səviyyəsində onu sevirəm”.

Daha sonra canlı efirdə yer alan S. Yahyayeva isə test nəticələri barədə hələ məlumatsız olduğunu bildirib:

“İnanın, test nəticələri barədə ona sual verməmişəm. Övladım əsas odur ki, ağıllı və uğurlu olsun. Mən də istəyərəm ki, ağılda ona, xarici görünüşdə mənə oxşasın. Hansı sahəni seçməyinin fərqi yoxdur. Çox xoşbəxtəm. Zakir bilir ki, ona dəyər verirəm və çox sevirəm”.

Qeyd edək ki, genetik test Azərbaycanda geniş yayılmayıb. Sözügedən prosedur xromosom, gen və ya zülallardakı dəyişiklikləri təyin edən bir tibbi test növüdür. Genetik test, şübhəli genetik pozğunluğu təsdiqləyə və ya inkar edə bilər və ya xəstəliyin yaranma şansı, xəstəliyin irsi ötürülmə tipi və xəstəliyə meyilliliyini müəyyən etməyə köməkçi olur.

Genetik test üçün bir neçə metoddan istifadə edilə bilər.

Genetik test könüllü olaraq edilir, bu halda genetikçi və ya genetik-konsultant testin müsbət və mənfi cəhətləri haqqında məlumat verərək, testin fiziki və mənəvi tərəflərini müzakirə edərək kömək edə bilər.

Oxşar xəbərlər